2021-ci il 17 sentyabr tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məsul şəxsləri ilə Bakı şəhərində ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərlərinin videokonfrans formatında növbəti görüşü keçirilib.
Foodinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına edilmiş dəyişikliklər, monitorinqlər zamanı aşkar olunmuş pozuntular və onların qarşısının alınması istiqamətində görülməli tədbirlər barədə ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlara ətraflı məlumat verilib. Eyni zamanda qəbul olunmuş qərarlara əsasən, COVID-19-a qarşı vaksinasiya işlərinin aparılması yoluxmanın və baş verə biləcək fəsadların minimuma endirilməsi ilə nəticələnəcəyi qeyd edilib.
Sonda ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdə qeyd olunan məsələlər bir daha diqqətə çatdırılıb. Sahibkarlıq subyektlərinin rəhbərləri tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir