Evdə baş verən hər hansı bir vəziyyət pərdə və ya mebelinizin tez solmasına səbəb ola bilər. Evin içərisində istehlak edilən siqaret və təbii qazdan istifadə kimi faktorlar da evdəki əşyaların rənginə təsir edir.

 Foodinfo.az-ın məlumatına görə, paltarlar havanın çirklənməsi, tez-tez yuyulması və bir çox müxtəlif vəziyyətlər səbəbindən köhnəlib saralır. Ancaq səhv yuma növləri buna səbəb olan ən böyük amillərdən biridir.

Bunun üçün çamaşırlarınızı yumadan əvvəl onlara bir qaşıq şəkər əlavə etməyi unutmayın. Şəkər sayəsində paltarlar daha yaxşı təmizlənir. Paltarları yuyarkən şəkər deformasiyaya qarşı müəyyən qoruyucu təsir göstərir. Şəkər xüsusilə təbii ipək, yun və ya kaşmir paltarlar üçün effektiv təmizləyicidir.

Şəkər ağ paltarlara əlavə bəyazlıq da verir. Bunun üçün ləyənə ilıq su tökün və 1 xörək qaşığı şəkər əlavə edib yarım saat gözlədin.

Paltarları şəkərlə yuduğunuz zaman onların rənginin qorunmasına da təsir edir. Bunun üçün paltaryuyan maşınınızın yuyucu toz bölməsinə 1 xörək qaşığı şəkər əlavə edə bilərsiniz.

Çamaşırların ağardılması dedikdə ağla gələn ilk həll yollarından biri də sodadır. Şəkərin faydalı təsiri kimi, soda da paltarların ağardılmasında güclü vasitədir.

Çamaşırları soda ilə ağartmaq üçün barabana bir qaşıq soda əlavə edin. Alternativ olaraq, yuyucu vasitə ilə qarışdıra bilərsiniz. Soda nəinki camaşırları ağardır, həm də maşının ərpini təmizləyə bilər.