Səba Şirkətlər Qrupu işçi axtarır.
Vəzifə: Daxili Audit və Nəzarət Departamenti Təftiş xidməti üzrə Baş mütəxəssis
İş yeri: Bakı, Azərbaycan
Şöbə: Daxili Audit və Nəzarət Departamentinin Təftiş xidməti
Hesabat verir: Daxili Audit və Nəzarət Departamentinin Direktoruna
Tabeçilikdə işçi: Vardır
Foodinfo.az-ın məlumatına görə, namizədə olan tələblər aşağıdakılardır:
• Sahə üzrə ali təhsil
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
• MS Office üzrə biliklər
Əsas vəzifə öhdəlikləri:
• İllik Təftiş planının tərtibi və plana uyğun təftiş prosedurlarını həyata keçirmək;
• Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək;
• Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirmək;
• Müəssisənin nəzarət siyasəti, departamentin fəaliyyəti ilə bağlı olan müəssisə-daxili təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb həyata keçirmək;
• Şirkətin maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditi və təftişini aparmaq;
• Normativ-hüquqi aktların və müəssisədaxili qaydaların icra vəziyyətinin, Şirkətin strateji planının həyata keçirilməsinin, bütün struktur bölmələr üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının audit və təftişini aparmaq;
• Müəssisədə maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının, müəssisənin aktivlərinin qorunması vasitələrinin qiymətləndirilməsi, müəssisənin işinin yaxşılaşdırılması istiqamətində təsirli və səmərəli tövsiyələrin verilməsi;
• Təftiş heyətinin işinə nəzarəti həyata keçirmək, heyətin iş keyfiyyətinin artırılmasında iştirak və inkişafına dəstək göstərmək;
• Vəzifəsinin mahiyyətinə aid olan, Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək, kimi vəzifələri yerinə yetirir
CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.
CV-lərin təqdim edilməsi üçün son tarix 21 İyun 2021.