Şəkərin zərərləri çox olsa da, ondan tamamilə imtina etməyə ehtiyac yoxdur, sadəcə qədərini məhdudlaşdırmaq kifayətdir.
Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq Andrey Lısenkov danışıb.
Ümumdünya Səhiyyə Təşkilatı böyüklərə gündə maksimum 50 qram şəkər istifadə etməyi tövsiyə edir. Lakin hazır məhsullarda, yeməklərdə və içkilərdə də şəkərin olduğunu nəzərə almaq lazımdır.
Dayanmadan şirniyyat yeməsəz, bədən quruluşunuza və sağlamlığınıza zərər vurmazsınız, çünki orqanizmin qlükoza ehtiyacı var. Onsuz həm iş qabiliyyətiniz, həm də immunitetiniz sıfıra enə bilər.
Lısenkovun fikrincə, 50 qram şəkər:
kiçik südlü şokoladın yarısı
3 şokoladlı konfet
4 kiçik peçenye
1 ədəd şirin içlikli kruassan (tərkibində cem, qatılaşdırılmış süd, krem olan)
1 ədəd dondurma (lakin cem və qatılaşdırılmış süd kimi əlavələri olmayan).
Deməli, həyat həm şirin, həm də sağlam ola bilər.