Ağciyər xərçəngi, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) və ürək-damar xəstəlikləri siqaretlə bağlı ölüm hallarının əsas səbəblərindəndir. Bu vərdişin sağlamlığa zərərli təsirləri məlumdur, lakin zəhərli tüstüyə məruz qaldıqdan sonra bədənin hansı orqanları və hissələri təsirlənir?
Oynaqlar. Oynaq ağrılarından və iltihabından əziyyət çəkən siqaret çəkənlərdə revmatoid artrit daha çox inkişaf edir.
Dəri. Siqaret dərinin qocalma prosesini sürətləndirə bilər. Üstəlik, bu proses geri dönməzdir.
Gözlər. Siqaret çəkən insanlar oxumaq və yazmaq qabiliyyətini tədricən məhdudlaşdıran göz xəstəliyi olan makula degenerasiyasından daha çox əziyyət çəkirlər.
Genital orqanlar. Siqaret çəkən kişilərdə erektil disfunksiya və testis xərçənginə daha çox rast gəlinir. Eyni zamanda, siqaret çəkən qadınlar uşaqlıq boynu xərçənginə meyllidirlər.
Diş ətləri. Siqaret diş ətinin qanaması, ağız qoxusu və diş itkisi riskini artırır.
Beyin. Pis vərdiş insult, qan laxtalanması və anevrizmaların inkişaf ehtimalını artırır.
Həzm sistemi. Siqaret çəkirsinizsə, qaraciyər və mədəaltı vəzi təsir edən tip 2 diabetin inkişaf ehtimalı 35% daha yüksəkdir.
Ağciyərlər. Ağciyər xərçəngi demək olar ki, həmişə siqaretlə əlaqələndirilir. Vərdiş həmçinin ağız, böyrək, qaraciyər, sidik kisəsi, mədəaltı vəzi, mədə, kolon və düz bağırsaq xərçənginin inkişaf ehtimalını artırır.
Ürək. Siqaret ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Ümumilikdə ÜST-nin statistikası göstərir ki, hər il 8 milyondan çox insan tütündən istifadə nəticəsində ölür.