Sızanaqlarla mübarizə hər kəs üçün cansıxıcı prosesdir. Bir çox insan sızanaqlarla mübarizə aparmaq üçün bahalı kremlərdən və dərmanlardan istifadə etməyi üstün tuturlar, lakin bu yazıda evdə öz sızanaq kreminizi necə hazırlayacağınızı sizinlə paylaşırıq. Bu üsul sızanaqları qurutmağa kömək edir və həmçinin apteklərdə satılan kremlərdən və dərmanlardan daha qənaətcil bir seçimdir.

Foodinfo.az bu qarışım üçün lazım olan maddələri təqdim edir:

- Bir çay qaşığı bal 

- Bir çay qaşığı darçın 

- Bir neçə damcı çay ağacı yağı 

Bu inqrediyentləri bir qabda qarışdırıb pasta hazırlayın. Sonra bu qarışığı sızanaqların üzərinə çəkin. Bu qarışıq sızanaqların iltihabını azaldacaq və qurumasını sürətləndirəcək. 

Bu təbii üsul təsirli olsa da, hər kəsin dərisi fərqli olduğu üçün dərinizə tətbiq etməzdən əvvəl kiçik bir sahədə test etmək vacibdir. 

Həssas dərilər üçün hər hansı bir kosmetik məhsul və ya təbii qarışığı dəriyə tətbiq etməzdən əvvəl mütəxəssis həkimə müraciət etmək vacibdir.