Su çəkisi el arasında, “sudan kökəlmək” kimi tanınır. Burda söhət su içməkdən getmir.

Nutrisoloq Yekaterina Kuzina “su kökəlməsinin” əlamətlərini açıqlayıb.

“Su çəkisinin birinci simptomu bədəndə ödemdir, şişmədir, bu bədənin müxtəlif hissələrində ola bilər.

Ödem əl-ayaq, qarın, üz, gözaltında olur.

Gözaltı səhər və gecə torbaları məhz su ödemidir.

Normada bədəndə su ümumi çəkinin 50%-ni təşkil edir. Amma bəzən müəyyən səbəblərdən maye orqanizmdə saxlanır, bu zaman çəki qəfildən sıçrayır.

Su çəkisi hətta həftəyə 1 kiloqrama qədər kökəlməyə səbəb ola bilər.

Bəs bundan necə qurtulmalı?

İlk növbədə, sutkalıq duz qəbulunu, xörəyi duzlamağı və duzlu qidalar yeməyi azaltmalı. Axşamlar bütün duzlu qidaları menyudan çıxarmalı.

Əgər duzun dadı olmadan, yemək yeyə bilmirsizsə, onu dəniz duzu ilə əvəz edin. Rasiondan kolbasa, konserv, duzlu pendir, sous, ketçup, mayonez və s. qidaları çıxarın.

Ödemlərin qarşısını almaq üçün təzə göyərti, tərəvəz və meyvələri yeyin ki, su-elektrolit balansı tənzimlənsin.

Fiziki aktiv, gündə azı 5000 addım atın.

Çoxları elə bilir ki, şişkinlikdə su içmək olmaz. Əksinə təmiz su için ki, orqanizm onu özündə tutub saxlamağa ehtiyac görməsin”.