Suriyada orta aylıq maaş hazırda bir ailənin qida ehtiyaclarının yalnız dörddə birini təmin edə bilər.

Foodinfo.az bu barədə BMT-nin Ərzaq Proqramına istinadən xəbər verir. 

Qeyd olunur ki, 12 ildir davam edən qanlı toqquşmalar nəticəsində ortaya çıxan durum ötən ay yaşanan dəhşətli zəlzələ nəticəsində daha da ağırlaşıb. BMT-dən bildirilir ki, hazırda Suriyada 2,9 milyon insan ac qalma riski ilə qarşı-qarşıyadır. 

Son məlumatlar ölkədə qida çatışmazlığının uşaqların inkişaf prosesinə də mənfi təsirlərini ortaya qoyub.

Leyla