Şüşə qablar gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz əsas mətbəx ləvazimatlarıdır. Lakin zaman keçdikcə qabyuyan maşında yuyulma prosesinə görə onlar matlaşa və cızıla bilirlər. Təəssüf ki, solğun və cızılmış qablar vizual olaraq xoşagəlməz görünüş yaradır. Xoşbəxtlikdən, bəzi texnikalarla matlaşan və cızılan qabları əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.

 Foodinfo.az matlaşmış və cızılmış şüşə qabları cilalamaq üçün istifadə edə biləcəyiniz bəzi üsulları təqdim edir:

1. Sirkə

Sirkə məişət təmizliyi üçün təsirli təbii təmizləyicidir və şüşələri cilalamaq üçün də ideal bir seçimdir. Yuma prosesindən sonra qabyuyan maşından durulama vasitəsi kimi istifadə etmək tövsiyə olunur. Bunun üçün qabyuyan maşınımızın tamburuna bir çay stəkan sirkə qoyun və normal təmizləmə proqramını işə salın. Sirkə şüşə qablardakı kir və ləkələri təmizləyərkən onları parıldadır. 

2. Duzlu Su

 Digər təsirli üsul duzlu sudan istifadə etməkdir. Bunun üçün bir qab suya bir neçə xörək qaşığı duz əlavə edib qarışdırın. Qabları bu qarışıqda azı yarım saat saxlayın. Sonra yaxşıca yaxalayaraq parlaq qablara sahib ola bilərsiniz.

3. Soda

Soda mətbəxdə istifadə edə biləcəyimiz başqa bir təbii vasitədir. Matlamış qabları parlatmaq üçün bir az soda götürün və nəm parça və ya süngərlə qabların səthinə yumşaq bir şəkildə sürtün. Şüşə qablarda inadkar ləkələr və ya cızıqlar varsa, bir az daha çörək soda istifadə edə bilərsiniz. Sonra onları yaxalayıb təmizləyin

4. Limon suyu

Limon suyu da şüşə qablardakı bozarmanı aradan qaldırmaq üçün təsirli təbii seçimdir. Bir limonun suyunu sıxaraq süngər və ya parça ilə qabların səthinə çəkin. Limonun turşu xassələri belə qabları təmizləyir və onlara yenidən parıltı verir. 

 Unutmayın ki, müntəzəm baxım və düzgün təmizləmə üsulları ilə şüşə qablarınızı həmişə cəlbedici və göz qamaşdırıcı saxlaya bilərsiniz.