Taxta qaşıqlar yemək bişirərkən işimizi asanlaşdırsa da, onları təmizləmək və qoxusunu çıxarmaq isə bir o qədər çətindir. Taxta qaşıqları gigiyenik etmək üçün asan üsullar var. Bu üsullar mütəmadi olaraq edildikdə taxta qaşıqlarda heç bir kir, mikrob izi qalmır.
Belə qaşıqlar istiliyə davamlı olduqları üçün yemək bişirərkən tez-tez istifadə etdiyimiz qaşıqlardır. Bununla belə, taxta qaşıqlar xarab olma cəhətdən çox həssasdır. Taxta qaşıqları sadəcə qabyuyan maşına atmaqla və ya əllə yumaqla gigiyenanı tam əldə etmək mümkün deyil.
Foodinfo.az taxta qaşıqları təmizləməyin ən asan və ən gigiyenik üsullarını təqdim edir.
1. Sirkə məhlulu ilə təmizləyin
Taxta qaşıqları dezinfeksiya etmək və dezodorasiya etmək üçün bərabər hissələrdə su və ağ sirkə məhlulu hazırlaya bilərsiniz. Hazırladığınız bu məhlula taxta qaşıqları atsanız, nə qədər kir çıxdığını görəcəksiniz.
2. Günəşdə qurudun:
Taxta qaşıqlarınızı günəş işığında qurutmağa çalışın. Təbii günəş işığı antibakterial xüsusiyyətlərə malikdir və taxta qaşıqlarda toplanan və qoxuya səbəb olan nəmin aradan qaldırılmasına kömək edir.
3. Qabyuyan maşına qoymayın:
Heç vaxt taxta qaşıqları qabyuyan maşına qoymayın. Sərt yuyucu vasitələr və yüksək temperatur taxta qaşıqlara zərər verə bilər və onların struktur bütövlüyünü poza bilər.