Dünyaca məşhur və diqqətlə hazırlanmış bottarqanın başqa bir adı kefal kürüsüdür. İtaliya, İspaniya, Türkiyə kimi bir çox ölkədə istehsal edilən kefal balığından əldə edilən bottarqa nədir?
Foodinfo.az-ın məlumatına görə, bottarqa təbii afrodizyak təsir göstərə bilən qidadır. Tərkibindəki amin turşuları və B vitaminləri cinsi performansı yaxşılaşdırmağa kömək edir. Həm də enerji səviyyəsini artırır və libidoya müsbət təsir göstərir.
Bottarqa həmçinin immunitet sistemini gücləndirməyə də kömək edir. Tərkibində yüksək miqdarda Omeqa-3 yağ turşuları, antioksidanlar və minerallar var. Bu qidalar bədəni sərbəst radikallardan qoruyur və xəstəliklərlə mübarizədə kömək edir.
Bottarqada olan omeqa-3 yağ turşuları ürək sağlamlığını dəstəkləyir. Qan təzyiqini aşağı salmağa, xolesterol səviyyəsini tarazlaşdırmağa və qan laxtalanmasının qarşısını almağa kömək edir.
Onun tərkibində həmçinin protein, A vitamini, dəmir və kalsium kimi minerallar da var.
Bununla belə, bottarqa istehlak edərkən bəzi ehtiyat tədbirləri görmək lazımdır. Duz miqdarı yüksək olduğundan duz qəbulunu məhdudlaşdırmaq vacibdir. Bundan əlavə, bottarqa balıq allergiyası olan insanlar üçün uyğun olmaya bilər.
Bottarqanı müxtəlif cür istifadə edə bilərsiniz. Makaron sousu kimi, incə dilimlərə doğrayıb salatların və ya çörəyin üzərinə qoyub istehlak edə bilərsiniz.