Spectr dizayn bürosu (KB) təkrar emal edilmiş materiallardan 3D printer vasitəsilə pilotsuz uçuş aparatı (PUA) hazırlayır.

Bu barədə TASS-a Rusiya Dizayn Bürosunun icraçı direktoru Andrey Bratenkov məlumat verib.

Hazırda uçuş məsafəsi 30 kilometrə qədər olan təyyarə tipli qurğu yığılır. Prototipin uçuş sınaqları dekabrda planlaşdırılır.

Bratenkov qeyd edib ki, 3D çap üçün təkrar emal olunmuş materiallardan istifadə etməklə texnikanın q iymətini azaltmaq qərarına gəliblər.

Bratenkovun sözlərinə görə, 10 kiloqrama qədər yük daşıya bilən pilotsuz təyyarə tamamilə Rusiya istehsalı olan komponentlərindən ibarət olacaq.