Dünya Səhiyyə Təşkilatı artıq dünya ölkələrinə trans yağların istifadəsini qadağan etməsinə baxmayaraq, hələ də inkişaf etməkdə olan və ya bəzi ölkələrdə, o cümlədən bizdə trans yağlar gündəlik qidaların 50%-də var
2023-cü ilə kimi ÜST qida sənayesindən trans yağların tamam çıxarılması şərtini qoyub.
 
Foodinfo.az Medicina.az-a istinadən insanlarınn ən çox qəbul etdiyi və market, restoranlarda rast gəlinən 11 trans yağ tərkibli ərzağı təqdim edir.
Siz onları hər gün yeyirsiz, xüsusən uşaqlarınız.
1. Dondurulmuş hazır qidalar, pitsa, katrof fri, naggets və s. Marketlərdə tezbazar hazırlanan bütün qablaşdırılmış qutu qidalarda var
2. Qənnadı məmulatları, ucuz şirniyyatlar, un məmulatları – peçenyedən tutmuş pirojna, vafli və s. Ucuz başa gəlsin deyə kərə yağını əvəz edən sərfəli trans yağ- marqarin qatılır.
3. Popkorn – uşaqların sevimli qarğıdalı partlaması. Hətta marketdə satılan, paket popkornlarda da var
4. Marqarin yağlar və marqarin tərkibli qidalar. Etiketi oxuyun
5. İstənilən isti yağda, früterdə qızardılmış toyuq əti, qanadları, nagetslər, xırçıltılı toyuq tikələri və s
6. Kartof fri
7. Çipslər – məşhur brendlər artıq trans yağ istifadə etməsə də, şübhəli markalardan uzaq durun
8. Müxfəlif dadlandırıcı souslar
9. Qəhvə açıqlandırıcılar - kofe krem, quru qaymaq deyilən əlavə bütün kafeteriyalarfda qəhvəyə qatılır
10. Krekerlər – xırçıltılı və dadlı qidada trans yağ olur