Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Foodinfo.az xəbər verir ki, görüşdə Türkiyəli qonaqlarla qarşılıqlı fikri mübadiləsi aparılıb, həmçinin İnstitutun fəaliyyət istiqamətləri barədə danışılıb. Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri tanışlıq və iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış keçiriblər. Onlara AQTİ-nin nəzdindəki laboratoriyaların fəaliyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlığı, maddi-texniki bazası, həmçinin qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri barədə məlumat verilib. Görüşdə Türkiyəli qonaqlarla baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək baxımından birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər müzakirə olunub. [gallery ids="35310,35311,35312"]