Türkiyə Şəkər Fabrikləri (“Türkşeker”) əsas ehtiyaclardan biri olan şəkərin qiymətini 31% artıraraq, kiloqram qiymətini 7.80 Türk lirəsinə qaldırdığını açıqlayıb.
Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, Kristal şəkərin kiloqramı ƏDV daxil olmaqla, bu gün edilən artımdan əvvəl 5.96 lirə idi.
“Bundan əlavə, istehsal şirkətlərimizə dəstək olmaq üçün tutum hesabatı və faktiki istifadə vəziyyəti kimi kriteriyalar nəzərə alınaraq istehsalçılarımıza şəkər tədarükü yenidən başlayıb. Bu çərçivədə 50 kiloqramlıq şəkərin bir kisəsinin qiyməti ƏDV daxil 550 lirə olaraq yenilənib” – deyə, Türkşəkekerin açıqlamasında deyilir.
Açıqlamada o da qeyd edilib ki, son bir ayda şəkər 70% qiymət artımı olub. Duzun qiyməti artıb. Tomat pastasının qiyməti əvvəlki kimi qalıb. Çay qiymətləri yüksəliş tendensiyasını izləməyə başladı. Bəzi bazarlar maye yağlarda olduğu kimi şəkər və tomat pastasının qəbulunu məhdudlaşdırıb.
Son xəbərlər
- Qan təzyiqi olanlar bu çayı içməsin
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi