Türkiyənin Səhiyyə Nazirliyi iftarda qidalanma ilə bağlı öz tövsiyələrini açıqlayıb.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, sahurda yeməmək sağlamlıqla bağlı risklər yaradır. Bu mənada Ramazan ayında sahur səhər yeməyini əvəzləməlidir. Sahura oyanmamaq və ya sadəcə su içmək qan şəkərinin sürətlə düşməsinə, gün ərzində halsızlıq yaşanmasına səbəb olur.
Bir ay ərzində bu cür qidalanmaq sağlamlıq problemlərinin ortaya çıxmasına da səbəb olur. Bununla yanaşı həddən artıq yağlı, duzlu, xəmir qidalardan istifadə Ramazanda artıq çəki problemi yaranmasına gətirib çıxarır.
Sahurda süd, qatıq, pendir, yumurta, meyvə və tərəvəzlərdən ibarət yüngül səhər yeməyi yemək tövsiyə olunur.
Nurlan