Novosibirskdə müstəntiqlər səkkiz yaşlı uşağını kilidli mənzildə iki gün yeməksiz qoyan 29 yaşlı qadına qarşı cinayət işi açıb.
Foodinfo.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional bölməsi məlumat yayıb.
İstintaqın məlumatına görə, fevralın 29-da uşağın anası onu iki gün ərzində “Sovetski” məhəlləsində yerləşən bağlı mənzildə, nəzarətsiz və yeməksiz qoyub.
O, Rusiya Cinayət Məcəlləsinin 156-cı maddəsi (valideyn tərəfindən yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi)" ilə cinayət törətməkdə şübhəli bilinir.
Hazırda uşaq azyaşlılar üçün müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Leyla