Uşaq qidalarının körpələrin dişlərinə təsiri barədə araşdırma aparılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də qeyd olunub.
Belə ki, ana südü, uşaq qidaları və ya inək südünün uşaqların dişlərini şəkərə məruz qoyduğu vurğulanıb. Bu zaman körpələrin xüsusən üst ön dişlərində “süd şüşəsi çürükləri” adlandırılan çürüklər yaranır. Bu hal körpələrin bütün dişlərində də müşahidə oluna bilər. Südə əlavə şəkərin qatılması isə bu prosesin fəsadlarını daha da artıra bilər.
Eksperlər qeyd edirlər ki, bu problemin həlli də uşaqların dişlərini artıq ilk dişlər çıxdığı andan etibarən fırçalamaqdır. Bundan sonra isə onları süd şüşəsi ilə yatmağa qoymamaq lazımdır. Bunun əvəzinə sadəcə su ilə dolu olduğu halda şüşə ilə birlikdə yatmalarına icazə vermək lazımdır.
Nurlan