Bəzi kişilər var ki üzündə ümumiyyətlə tük çıxmır. Rusiyalı mütəxəssis, trixoloq Olqa Saperova bunun səbəbləri barədə araşdırma aparıb.

Foodinfo.az sağlamolun.az-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə kişilərdə tükün olmamasının bir neçə səbəbi ola bilər. Onlardan biri genetik amildir.

İkinci amil pis vərdişlər, o cümlədən spirtli içki və tütün istifadəsidir. Bundan başqa uzun müddətli stresli vəziyyətlər, yuxusuzluq və oturaq həyat tərzi də kişilərdə tüksüzlük problemi yarada bilər. Həmçinin trixoloq gündəlik piyvə qəbulunu da kişilərə məsləhət görmür. Bu tüklərin çıxmasına mane olmaqla bərabər kişilərdə həddən artıq piylənmə də yarada bilər.

Kişilərin bığ və saqqalının çıxmasına mane olan digər amil hormonal pozğunluqlardır. Kişilərdə testosteron hormonunun azalması saç böyüməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu hormonlar endokrinoloqla məsləhətləşdikdən sonra dərmanların köməyi ilə bərpa edilə bilər.