"Covid"in uzun müddət davam etməsi insanın immuntetinə, hormonlarına təsir edir və onu stresli vəziyyətlərdən xilas edir.

Foodinfo.az xəbər verir ki, bu qənaətə Yel Universitetinin alimləri gəliblər, tədqiqatın nəticələri isə "Nature" jurnalında dərc olunub.

Koronavirus yorğunluq, apatiya, şüurun zəifləməsi və ağrı da daxil olmaqla müxtəlif simptomlarla müşayiət olunur. Bütün bunlar yoluxandan sonra bir neçə ay ərzində insana narahatlıq verə bilər. Ekspertlərin fikrincə, söhbət 7,5% hallardan gedir.

Yeni tədqiqat zamanı alimlər kovidin uzunmüddətli fəsadlarından şikayətlənən 268 nəfərin qan nümunələrini araşdırıblar. Məlum olub ki, uzun müddət "Covid"dən əziyyət çəkənlərdə  herpes və bir sıra viruslara qarşı anti-cismlərin miqdarı yüksəkdir. Həmçinin, bu xəstələrdə depressiya və stressə cavabdeh olan kortizol  hormonunun səviyyəsi aşağı olub.

Alimlərin fikrincə, əldə edilən nəticələr koronavirusa qarşı terapiyanın hazırlanmasına, eləcə də xəstəlikdən sonra orqanizmin sağalma proseslərini başa düşməyə kömək edəcək.

Nurlan