ABŞ-nin Tulane Universitetinin alimləri insanın ürəyinin və qan damarlarının sağlamlığını qocalığa qədər uzatmağın yollarını axtarmaq üçün genişmiqyaslı araşdırma aparıblar.

Aztibb.az “Atherosclerosis” nəşrində alimlərin nəticələrinin və tövsiyələrinin dərc olunduğu məqaləyə diqqət çəkib.

İllər keçdikcə bədən qocalır. Tədricən orqanlar köhnəlir və öz funksiyalarını tam yerinə yetirməyi dayandırır. Əvvəla, həyat boyu fiziki, mənəvi ağır yük uğursuz sağlamlığa gətirir. Daha çox insanın ürək-damar sistemi risk altında olur.

Tədqiqatçılar insan pilləkənlərlə qalxarkən fiziki fəaliyyətin orqanizmə hansı təsirinin olduğunu öyrənməyə çalışıblar. Bunun üçün müəlliflər Britaniya Bioloji Bankından götürülmüş 450 min yetkin xəstənin məlumatlarını təhlil etməli olublar.

Burada onların ürək-damar xəstəliklərinə meyli, habelə vərdişləri, həyat tərzi və pilləkənlərə qalxma tezliyi ilə bağlı məlumatlaryer alıb. Orta müşahidə müddəti 12,5 il olub.

Araşdırmanın nəticələri göstərib ki, hər gün pilləkənlərlə qalxmaq ürək-damar xəstəlikləri riskini azaldır. Cəmi 50 pillə qalxmaq bu xəstəliklərin ehtimalını 20 faiz azaldıb. Piyada pilləkənlərlə qalxmaq xüsusilə risk altında olan insanlar üçün faydalı olub.

Tədqiqat müəllifləri hesab edirlər ki, gündəlik pilləkənlərlə qalxmaq lipid profillərini yaxşılaşdırmaq və ürək-damar sağlamlığını uzatmaq üçün effektiv və vaxta qənaət edən bir yoldur.