"Veysəloğlu" Şirkətlər Qrupu işçi axtarır. Foodinfo.az-ın məlumatına görə, namizədlərə tələb aşağıdakılardır: - Ali və ya orta ixtisas təhsili; - Yaş 25-40; - Satınalma və təchizat sahəsində bilik və təcrübə (Qida sektoru arzu olunandır); - Rus və ingilis dili bilikləri. Vəzifə funksiyaları: - Hər çeşid üçün gəlir faizi proqnozlarını təmin etmək; - Satınalma şöbəsinə satış proqnozları vermək, stokların kontrol edilməsinə nəzarət etmək ; - Yaranan təklifləri dəyərləndirib təmin etmək (yeni çeşid, yeni fabrik); - Bazarın monitorinq və təhlili fəaliyyətlərini icra etmək, rəqabət mühitini öyrənmək; - Firmalarla müqavilələrin müzakirəsi və imzalanması, müqavilələr üzrə vitrin bölgüsünün təmin edilməsini həyata keçirmək. Karyerasına bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Kateqoriya müdiri” yazmaqla [email protected] ünvanına CV göndərə bilərlər.