Veysəloğlu Şirkətlər Qrupu və Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandum imzalanıb.
Memorandumu Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və direktoru Aydın Talıbov və BDU-un rektoru Elçin Babayev imzalayıb.
Aydın Talıbov bildirib ki, biznes sektoru və universitetlərin əməkdaşlıq çərçivəsində çalıması günün tələblərindən biridir. O, Veysəloğlu Şirkətlər Qrupunun BDU tələbələrinin yüksəkixtisaslı kadrlar kimi yetişməsinə və təcrübə keçməsinə dəstək verməyə hazır olduğunu deyib, hər iki qurumun müxtəlif sahələrdə birgə layihələr həyata keçirəcəyini vurğulayıb.
Rektor Elçin Babayev xüsusilə qida təhlükəsizliyi, qida mühəndisliyi, akvakultura kimi sahələrdə geniş əməkdaşlıq imkanlarının olması haqqında məlumat verib.
Memoranduma əsasən, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə birgə araşdırmalar aparacaq, konfranslar, seminarlar, qısamüddətli kurslar, təlimlər, təcrübə proqramları təşkil edəcək, birgə layihələr reallaşdıracaqlar.