Xroniki yorğunluq sindromu müxtəlif patoloji vəziyyətlərin inkişafını göstərə bilər. 

 Foodinfo.az bildirir ki, bu sindrom yoluxucu xəstəlikdən sonra inkişaf edir. 

Bunun üçün heç bir xüsusi müalicə tələb olunmur. Terapiyanın əsası həyat tərzini düzgün formada idarə etməkdir. Ən vacib məsələ isə düzgün yuxu rejimidir. 

Həmçinin, gün ərzində işləyən zaman fasilələr vermək və fəaliyyət növünü mütəmadi olaraq dəyişmək vacibdir. Məsələn, iş oturaqdırsa, qısa bir gəzinti əhval-ruhiyyəni artırmağa kömək edəcək. Eyni zamanda, daha çox yorğunluğa səbəb olmamaq üçün çox yüklənməmək vacibdir. 

Bundan əlavə, qidalanma enerjili olmaqda mühüm rol oynayır. Meyvə və tərəvəzlər böyük miqdarda vitamin və minerallar sayəsində sizə enerji verəcək, yağsız ət, balıq, yumurta və süd məhsulları isə əzələ gücünü artıracaq.