Almanın qanı təmizləməsi, əsəbləri sakitləşdirmək, şəkər balansını qorumasını hamıya məlumdur. Alma bütün kimyəvi məhsulları üstələyən gücə malikdir.
Foodinfo.az xəbər verir ki, almada bol miqdarda C, A, K, B6 və E vitaminləri var. Mütəxəssislər tez-tez xatırladırlar ki, C vitamini xüsusilə qidalar vasitəsilə təmin edilməlidir. Alma yorğunluğu azaltmağa kömək edir və sinir sisteminin düzgün işləməsi və immun müdafiəsi üçün effektiv meyvə kimi seçilir. Alma da dəmirin udulmasını artırır. Bu meyvə tərkibindəki polifenollar sayəsində antioksidant xüsusiyyətlərə malikdir.
Bir almanın tərkibində çoxlu miqdarda E, C vitaminləri və antioksidanlar var. Alma bu xüsusiyyəti ilə astma kimi bir çox ağciyər xəstəliyinə qarşı qoruma təmin edir. Mütəxəssislərin fikrincə, hər gün bir alma qəbul etməklə daha güclü ağciyərlərə sahib olmaq mümkündür.
Alma çox miqdarda lif ehtiva edir. Yatmadan əvvəl onu yediyiniz zaman bədəninizi və nəfəsinizi rahatladır, daha yaxşı yatmağınıza imkan verir. Bundan əlavə, alma şirniyyat istəyinizi qarşılayır və sizi bütün gecə tox saxlayır.
Bütün bu faydaları ilə yanaşı, dərini qoruması və bərpa etməsi almanın xüsusi bir meyvə olduğunu ortaya qoyur. Bildiyimiz kimi alma tərkibində C, A və E vitaminləri, antioksidantlar, xüsusən də polifenollar var və dəridə yaşlanma əleyhinə və nəmləndirici təsir göstərir. Bu maddələr dərini, saçları və dırnaqları daha sağlam və güclü edir.
Dəriniz üçün ən faydalı alma olduğuna inanılan yaşıl almanı qabığı ilə birlikdə istehlak etməyiniz tövsiyə olunur. Çünki yaşıl alma qabığı dəriyə faydalı qidadır. Yaşlanma əlamətlərini yox edən və hüceyrə yenilənməsini təmin edən yaşıl alma sizi yaşınızdan daha gənc göstərəcək. Üstəlik yanaqlarınızdakı təbii çəhrayılıq ənlik effekti yaradır.