Dazıotu sarı çiçəkli uzunömürlü ot növüdür. Tünd yaşıl rəngləri olan bu bitki sağlamlığımız üçün çox faydalıdır. Xüsusilə yaraları sağaltmaqda möcüzəvi təsir göstərir.
Foodinfo.az xəbər verir ki, dazıotu astma, mədə xorası, mədədə artıq turşuluq, ağciyər xəstəlikləri, ateroskleroz və sinir iltihablarında müalicəvi təsir göstərir.
Sinir sistemini sakitləşdirdiyi deyilən dazıotu sidiyi və bəlğəmi çıxarmağa da kömək edir. Tənəffüs problemlərinə yaxşı təsir edən bitki öskürəyin dayandırılmasında da böyük təsirə malikdir.
Narahatlıq, stress və gərginliyin hiss olunduğu vəziyyətlərdə bu bitkinin rahatlaşdırıcı təsirindən faydalana bilərsiniz. O, həmçinin menopoz zamanı dəstəklənən otlardan biridir.
Dazıotu ( qılınc otu) bəzi mikroblara qarşı təsirli ola biləcək antimikrobiyal xüsusiyyətlərə də malikdir. Dəridəki yaralar üçün məlhəm kimi istifadə edir. Dəri problemlərini həll edən qılınc otu təbii vasitələrdən biri olan zeytun yağı ilə birləşdirildikdə tam effekt verir. Çünki zeytun yağı dəri üçün əvəzolunmaz təbii nəmləndiricilərdən biridir.