İnsan sağlamlığı üçün böyük risk daşıyan gənələrin yaratdığı təhlükə düşünüldüyündən qat-qat artıqdır.
Çünki yay fəslində bu həşərat növü daha da artır. Bu səbəbdən diqqətli olmaqda fayda var.
Həkimlər bu həşəratların daşıdığı virusun təhlükəli və ölümcül olduğunu da bildirirlər.
Foodinfo.az yenisabah.az-a istinadən xəbər verir ki, mütəxəssislər həmin həşəratın 200-dən çox xəstəliyin daşıyıcısı və yoluxucu olduğunu bildirirlər.
Bu barədə insanlara çağırış edən ekspertlər insanların həmin mövzuda daha şüurlu davranmasının lazım olduğunu qeyd edirlər