ABŞ-da yeddi yaşlı qadın ad gününü qeyd edərkən çəkisi təxminən üç karat olan almaz tapıb.

Böyük daş Arkanzas ştatının Paraquld şəhərində Aspen Braun tərəfindən kəşf edilib. Valideynlər qızı doğum gününü Brilyant Krateri Milli Parkında qeyd etməyə aparıblar. Qız gəzən zaman yerdən maraqlı daş tapıb.

Məlum olub ki, bu 2,95 karat ağırlığında qızılı-qəhvəyi almazdır.

Park rəsmiləri ehtimal edirdilər ki, Braunun almazı asanlıqla tapması eroziya nəticəsində zədələnmiş torpağı sabitləşdirmək üçün avqust ayında aparılan qazıntı işləri ilə bağlıdır. Mütəxəssislər hələlik almazın mümkün qiymətini dəqiqləşdirməyiblər, lakin o, saflığından və kəsilmə üsulundan asılı olaraq 18-200 min dollar arasında dəyişə bilər.

Fərid