Mədə yanması, kökəlmə və ya yuxusuz gecələr kimi problemlərin qarşısını almaq üçün yediyiniz qidalar mədədən bağırsaqlara keçməlidir. Dietoloqların fikrincə, qidanın mədədən bağırsağa enməsi 3 saat çəkir. Buna görə də yeməkdən sonra 3 saat gözləməliyik və sonra yatmalıyıq. Yaxud yatmazdan 3 saat əvvəl yeməyi dayandırmalıyıq.
Foodinfo.az xəbər verir ki, yeməkdən dərhal sonra yatmaq mədə qıcqırmasına səbəb olur. Yeməkləri həzm etməyə kömək edən mədə turşusu yatarkən yuxarıya doğru hərəkət edir və mədənin həssas hissələri ilə təmasda olur. Bu, sinə və boğazda yanmaya səbəb olur.
Yemək yedikdən sonra yuxuya getdiyiniz zaman həzm prosesiniz davam edir. Maddələr mübadiləsi bu qədər intensiv işlədikdə yatmağınız çətinləşir. Mədə qıcqırması əlamətləri yuxunuza da təsir edir. Təbii ki, hansı yeməkləri yediyiniz və nə qədər yediyiniz də önəmlidir.
Maddələr mübadiləsi işləyərkən beyin daha da aktivləşir. Bu, qarmaqarışıq yuxular görməyinizə səbəb ola bilər.
Yeməkdən dərhal sonra yatmaq gecə daha çox sidiyə çıxmağınıza gətirib çıxarar. Yediyiniz qidalardakı kofein miqdarı da bu vəziyyətə təsir edir. Kofein yalnız qəhvə və şokoladda deyil, bir çox bişmiş yeməklərdə də ola bilər.
Yeməkdən dərhal sonra yatsanız, bədəninizə yediklərinizi yandırmaq üçün kifayət qədər vaxt verməyəcəksiniz. Odur ki, yeməkdən sonra nə qədər yuxulu olsanız da, yatmamağa çalışmalısınız. Əks halda, fərqinə varmadan kökələ bilərsiniz.