Tibb elmləri doktoru, Rusiya FMBA-nın professoru, dietoloq, terapevt Marqarita Koroleva bildirib ki, sıyıq bişirmək yox, onu dəmləmək daha yaxşıdır.
Belə ki, yüksək temperaturda tərkibindəki faydalı komponentləri öldürməmək üçün qarabaşaq yarmasını təxminən 80 °C temperaturda isti su ilə termosda dəmləyə bilərsiniz.
Onun sözlərinə görə, suda isladılmış yulaf əzməsi mədənin fəaliyyətini normallaşdırmağa kömək edən faydalı bakteriyalarla - probiyotiklərlə doyur.
Korolevanın sözlərinə görə, fermentləşdirilmiş süd məhsulları və yumurta da səhər yeməyi kimi qəbul edilir.