Yeməklərinizə səhvən çox ədviyyat əlavə edərək onu xoşagəlməz hala gətirmisiniz? Cavab bəlidirsə, deməli doğru yerdəsiniz. Bu yazıda sizə hər hansı bir yeməkdə ədviyyatı necə aradan qaldıra biləcəyinizi izah edəcəyik. Əlavə olunduqdan sonra ədviyyatları çıxarmaq mümkün deyil, amma siz bəzi asan hiylələrlə onu azalda bilərsiniz.

Çox ədviyyatlı yeməkdə ədviyyatı azaltmağın ən asan yolu ədviyyat elementin nisbətini azaltmaq üçün daha çox inqrediyent əlavə etməkdir. Şorba və ya güveçdirsə, daha çox maye əlavə etməyə çalışın. 

Süd məhsulları ədviyyatlılığa qarşı əladır və gözəl soyutma effekti verə bilər. Hər porsiyaya süd, xama və ya hətta bir qatıq əlavə edə bilərsiniz, lakin süd əlavə edib yüksək odda bişirməkdən çəkinin, çünki qatılaşa bilər. Hindistancevizi südü texniki cəhətdən südlü deyil, lakin yeməklərə əla qaymaqlılıq verir.

Belə yeməklərə badam yağı, fıstıq yağı, kərə yağı əlavə edə bilərsiniz. 

Həddindən artıq ədviyyatlı yeməyiniz başqa cür mükəmməldir və siz başqa inqrediyentlər əlavə etməklə onu qarışdırmaq istəmirsiniz. Sadə həll ona yumşaq və nişastalı bir şey tökməkdir. Ən yaxşı seçim yeməyə düyü, makaron, quru çörək(suxari) və ya bir qədər kartof da əlavə edə bilərsiniz.

Şəbnəm