Bu yaxınlarda aparılan araşdırma, yeniyetməlik dövründə istehlak edilən şəkərli və yağlı qidaların beyinə qalıcı zərər verə biləcəyini ortaya qoyub. Foodinfo.az xəbər verir ki, İstanbul Aydın Universitetinin Qidalanma və Dietologiya kafedrasının müdir müavini Dr. Berkin Özyılmaz Kırcalı Actually.com-a açıqlamasında bildirib ki, yeniyetməlik dövründə yağlı və şəkərli qidaların qəbulunun beyinə zərərli təsirləri, şəkər istehlakını azaltmaq zəruridir.
O, qeyd edib ki, yağlı və şəkərli qidalar, şübhəsiz ki, həyatımızın bir hissəsinə çevrilib. Gün ərzində qəlyanaltı etdiyimiz hazır və işlənmiş qidalar, nahardan sonra çayla birlikdə istehlak edilən desertlər sağlamlığımız üçün ciddi təhlükə yaradır.
Alimlər tərəfindən aparılan araşdırmada yeniyetməlik dövründə istehlak edilən şəkərli və yağlı qidaların sonrakı yaşlarda beynə qalıcı zərər verə biləcəyinə dair həyəcan verici dəlillər əldə edilib. Aparılan təcrübələrin nəticəsi olaraq erkən yaşda qazanılan yanlış yemək vərdişləri ilə uzun müddətli nevroloji nəticələr arasında çox əhəmiyyətli və narahatedici bir əlaqə olduğu aşkar olunub.
Leyla