Dietoloq Yelena Solomatina yaşlı insanlara zeytun yağını qida rasionuna daxil etməyi tövsiyə edib.
Foodinfo.az bildirir ki, “Moskva 24” saytı ilə söhbətində ekspert qeyd edib ki, zeytun yağında çoxlu doymamış turşuların tərkibi ürək-damar sisteminə faydalı təsir göstərir.
“Təmizlənmiş zeytun yağı günəbaxan yağı ilə müqayisədə tez yanmır” – deyə Solomatina qeyd edib.
Mütəxəssisin fikrincə, gündə bir qaşıq zeytun yağı istehlak etmək kifayətdir.