İran sakini Qulamrza Ərdəşiri qəribə xəstəlik səbəbindən 17 ildir heç nə yemədiyini və gücünü  qazlı su ilə saxladığını iddia edir.

Foodinfo.az xəbər verir ki, bu barədə "Daily Star" yazır.


Ərdəşirinin sözlərinə görə, 2006-cı ildən ona elə gəlirdi ki, ağzında tükə bənzər yad cisim peyda olub. “Mən hiss etdim ki, bu tükün əvvəli ağzımda, sonu isə mədəmdədir. Nə etsəm də, bu saçı dartmaq mümkün olmadı” deyə o bildirib. Ərdəşirinin məsləhətləşdiyi həkim onu digər mütəxəssislərə yönləndirib, lakin onlar da bir çarə tapa bilməyib.
O, iddia edir ki, o, bir növ yeməkdən əziyyət çəkdiyi üçün o vaxtdan yeməyi dayandırıb. Həmin şəxs 17 ildir ki, gündə üç litr qazlı içki içdiyini bildirir.

Nurlan