Universitet professoru 74 gün evdə su altında yaşadıqdan sonra dünya rekordu qırıb. 

Foodinfo.az xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.


Professor Cozef Dituri 2023-cü ilin martında təcrübə olaraq Florida ştatının Key Larqo şəhərində doqquz metr dərinlikdə yerləşən “Julların sualtı iqamətgahında” məskunlaşıb. Adam 74 gün su altında qaldıqdan sonra təcrübəni davam etdirmək və 100 günə çatmaq niyyətindədir. Onun "Neptun 100" layihəsi adlandırılan missiyası iyunun 9-da başa çatmalıdır.


Sualtı qayıqlardan fərqli olaraq, Sualtı İqamətgah təzyiqə uyğunlaşmaya kömək edə biləcək texnologiyadan istifadə etmir. Qeyd edək ki, əvvəlki rekord 2014-cü ildə iki Tennessi professoru Bruce Cantrell və Jessica Fane tərəfindən eyni yerdə qoyulmuşdu. Onlar 73 gün 2 saat 34 dəqiqə su altında qalıblar.

Nərmin