Almaniyada dönərin qiyməti geniş müzakirə mövzusuna çevrilib.
Foodinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, qiymət artımı əhali arasında narazılıqlara çevrilib.
Sosial şəbəkələrdə istifadəçilər dönər qiymətlərinin endirilməsi üçün kansler Olaf Şolza müraciət ediblər.
Qeyd olunub ki, ölkədə qida qiymətləri 13,4 faiz artıb. Bunun üzərinə isə nəqliyyat və enerji xərcləri də əlavə olunub.
Qiymət artımına əsas səbəb isə Rusiya və Ukrayna arasında davam edən müharibə olub.
Fərid