Sağlam qidalanma insan orqanizmi üçün olduqca önəmlidir.
Bu barədə Foodinfo.az “HaberTürk”ə istinadən xəbər verir.
Lakin bəzi sevdiyimiz qidalar var ki, onlar insan sağlamlığına mənfi təsir göstərirlər.
Duz – hər nə qədər gündəlik olaraq istifadə etsək də, duz təzyiq və ürək xəstəliklərinə səbəb olur.
Hazır şorba – bu cür paketli məhsulların tərkibində qoruyucu maddələr var. Bu maddələr də təzyiq problem olanlara mənfi təsir edə bilər.
Hazır bulyonlar – diabetin yaranmasına səbəb ola bilər. Ət və toyuq bulyonlarının içərisində mono natrium olması səbəbilə qidalardan uzaq tutulmalıdır.
Ət – məhsulları da təzyiqlə bağlı problemlərə yol açırlar. Normadan artıq natrium qəbul etmək böyrəklərin zədələnməsinə, infarkt riskinin yaranmasına səbəb ola bilər.
Leyla