Qara tut immunitet üçün ən faydalı məhsullardan biri hesab olunur.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, qara tut sürətlə arıqlamağa kömək olur. Tərkibində yalnız 44 kilokalori olan qara tut şəkərin aşağı olması səbəbilə qan şəkərinin də sabit qalmasını təmin edir.
Qəbizliyin qarşısını alır, həzm sisteminin fəaliyyətini gücləndirir. Qara tutun 100 qramında təxminən 10 milliqram C vitamini var. C vitamini isə COVID-19-dan qorunmaq üçün ən önəmli vasitələrdən biridir.
Qara tut həmçinin antioksidan tərkibi ilə xərçəng yaranması riskini azaldır.
Fərid