Adətən soyuqdəymə və qriplə mübarizə üçün istifadə etdiyimiz bitki çayları diqqətlə istifadə olunmadığı təqdirdə orqanizmə ciddi fəsadlar törədə bilər. 

FOODİNFO.AZ bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. 

Ekspertlər qeyd edirlər ki, bir çox hallarda bitki çaylarından yanlış istifadə yanlış dərman istifadəsinə bərabərdir. Məsələn ada çayı hamilələr və uşaq əmizdirən analar tərəfindən istifadə olunmamalıdır.

Çünki bu çay hormon səviyyələrində müxtəlifliyə səbəb olur. 

Osteoporoz, ürək xəstəliyi, diabet, xərçəng kimi xəstəlikləri olanlar daha çox diqqət etməlidir.

Nurlan