
Baytar Ekaterina Uşakova bir pişiyi yeni yeməyə necə öyrətmək barədə tövsiyələr verib. “Birincisi, pişiyə müxtəlif yeməklər təklif edə bilərsiniz və bəlkə də o, özü nəsə seçər. Amma başqa yemə keçid tədricən olmalıdır”, - ekspert URA.RU ilə söhbətində bildirib.
Foodinfo.az bildirir ki, mütəxəssisin sözlərinə görə, ilk günlərdə yeni məhsulun 25-30%-i əlavə olunmalı, tədricən yeni qidanın payı gündə 10-15% artırılmalıdır.
“Təbii qidadan quru yeməyə keçəndə daha uzun vaxt tələb oluna bilər - bir aya qədər. Pişik yeni yeməyin qoxusuna, bədəni isə qranulları həzm etməyə öyrəşməli olacaq”, - deyə ekspert yekunlaşdırıb.