Vətəndaşlardan biri Yasamal rayonu, Ə.Haqverdiyev və Z.Xəlilov küçələrin kəsişməsində yerləşən və “AzRetail” MMC-ə məxsus olan Favorit-Araz marketdən sosiska alıb. Foodinfo.az xəbər verir ki, aldığı məhsulun çəkisindən şübhələnən müştəri onu tərəzidə çəkmək qərarına gəlib. Nəticə isə onu şoka salıb. Belə ki, üzrində 1 kq 60 qram çəkidə olduğu yazılsa da, sosiska paketi cəmi 542 qram olub. Qiymət isə üzərində iki dəfə artıq yazılıb. Müştəri bununla bağlı şikayətini market rəhbərliyinə bildirib. Marketdən isə bunu səhv olduğu qeyd olunub. Vətəndaş bütün prosesi videoya çəkib. Həmin görüntüləri təqdim edirik: