Dietoloq Polina Juravleva stressin öhdəsindən gəlməyə kömək edən qidalardan danışıb.
Foodinfo.az xəbər verir ki, o, İctimai Xəbər Xidmətinə müsahibəsində stressli olduğumuz zaman ilk növbədə beynimizi qidalandırmağn vacibliyini önə çəkib. Onun sözlərinə görə, qızılbalıq və tuna kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngin olduğu üçün bu vəziyyətdə kömək edəcək.
Mütəxəssisin qeyd etdiyi kimi, şirin bir şey istəyirsinizsə, o zaman tərkibində antioksidant olan tünd şokolad uyğun gəlir.