Meditsina ASC-nin kardioloqu Denis Sokolov qan təzyiqini aşağı salmağa kömək edən məhsullar haqqında danışıb.
Foodinfo.az xəbər verir ki, ekspert Gazeta.Ru-ya müsahibəsində deyib ki, sağlam qan təzyiqini saxlamaq üçün pəhrizinizə kalium və liflə zəngin qidaları daxil etmək vacibdir. Mütəxəssisin sözlərinə görə, banan, portağal, ispanaq, brokoli, qoz-fındıq və toxumlar, az yağlı süd məhsulları natriumun artıqlığını çıxarır və qan damarlarının vəziyyətini yaxşılaşdırır.
Sokolov qeyd edib ki, maqnezium və liflə zəngin olan yulaf ezmesi və qəhvəyi düyü də qan təzyiqini tənzimləməyə kömək edir.