Həkim İrina Lyalina xəmirdə qızardılmış ət və balıqların təhlükələrini xatırladıb.
Foodinfo.az xəbər verir ki, o, Life.ru-ya müsahibəsində xəbərdarlıq edib ki, yüksək temperatur səbəbindən qızartma zamanı qidaların faydalı xassələri qismən məhv olur və qızardılmış qidalarda kalorilərin və qeyri-sağlam yağların miqdarı artır.
Həmçinin onun sözlərinə görə, qızardılmış qidalar çətin həzm olunur, mədədə ağırlıq, şişkinlik və diskomfort yaradır. Mütəxəssis sobada bişirməyi protein məhsulları hazırlamaq üçün təhlükəsiz üsul adlandırıb.