Bir çox insanlar daha sonra istifadə etmək üçün yumurtaları qaynadıb saxlayırlar və bunda bir qəbahət görmürlər.

Foodindfo.az xəbər verir ki, diyetoloqlar bu vərdişdən əl çəkməyi və yalnız təzə qaynadılmış yumurta yeməyi məsləhət görürlər.

Dünən bişən yumurtanı yemək olarmı? Otaq temperaturunda deyil, soyuducuda saxlanılsa, olar. 

Lakin qida mütəxəssisləri belə yumurtalardan ehtiyat etməyi tövsiyə edirlər, çünki qaynadılmış yumurta, xüsusilə isti havalarda tez xarab olur. Bu səbəbdən də heç bir halda yumurtanı bir həftə öncədən qaynatmayın. Boyat yumurta yemək ciddi zəhərlənmə ilə nəticələnə bilər.