Tibb elmləri namizədi, qastroenteroloq Natalya Xarçenko RT ilə söhbətində xatırladıb ki, payızda pəhrizə mövsümi tərəvəz və göyərti daxil etmək lazımdır.

Foodinfo.az xəbər verir ki, ekspert kələm, çuğundur, və balqabağa diqqət yetirməyin vacinliyini qeyd edib. Bildirib ki, C vitamini və faydalı mikroelementlərlə zəngin olan mövsümi meyvələri - alma, armud, gavalı, sitrus meyvələrini də unutmaq olmaz.

Onun sözlərinə görə, immunitetin 75%-nin bağırsaq mikroflorasının vəziyyətindən asılıdır. Odur ki, pəhrizdə yağlı balıq və dəniz məhsullarının miqdarını artırmağa dəyər.