Balqabağın A və C vitaminləri, həmçinin minerallarla zəngindir və bu  da onu sağlam məhsula çevirir.

Foodinfo.az xəbər verir ki, balqabağın tərkibindəki kalium və maqnezium ürək-damar sağlamlığı üçün faydalıdır, A vitamini görmə qabiliyyətini yaxşılaşdırır, C vitamini və antioksidanlar isə immunitet sistemini gücləndirməyə və qocalma prosesini ləngitməyə kömək edir.

Balqabağın damar genişləndirici, iltihab əleyhinə, yara sağaldıcı və təmizləyici xüsusiyyətləri var.

Öd kisəsində daş olan insanlara xəstəliyin kəskinləşməsi ehtimalı ilə əlaqədar olaraq balqabaqdan ehtiyatla istifadə etməlidir.