Mövsümi qidalar lif, antioksidanlar, vitaminlər və minerallarla zəngindir. Foodinfo.az Ferra.ru- ya istinadən xəbər verir ki, bu maddələr ürək-damar sisteminin sağlamlığını yaxşılaşdırır.

Balqabaq kalium, antioksidantlar, beta-karotinlə zəngindir. Bütün bunlar ürək sağlamlığını dəstəkləyir.

Alma lif və polifenollarla doludur. Ürəyin vəziyyətini yaxşılaşdırır. American Journal of Clinical Nutrition-da dərc edilən 2020-ci il araşdırması, gündə iki alma yeməyin xolesterin səviyyəsi yüksək olan insanlarda ürək xəstəliyi riskini azaltdığını aşkar edib.

Nar C və K vitaminlərinin əla mənbəyidir. Meyvə həmçinin gündəlik tövsiyə olunan kalium dəyərinin təxminən 10%-ni təmin edir.

Çuğundur qan təzyiqini aşağı sala bilən nitratların yaxşı mənbəyidir. Çuğundur gündəlik tövsiyə olunan lif qəbulunun 12%-ni, C vitamininin 7%-ni və gündəlik kaliumun 11%-ni təmin edir.

Kələm nitrat və kaliumun əla mənbəyi hesab olunur. Bu “superfood” ürək üçün faydalı olan qlükozinolatlarla da zəngindir.

Zoğalın tərkibində ürək xəstəliyinin inkişaf ehtimalını azaldan polifenollar var.