Çinin Cənub-Şərqi Universitetinin alimləri sarımsağın insanlarda qan lipidinə və qlükoza səviyyəsinə təsirini araşdırıblar. Foodinfo.az xəbər verir ki, onların araşdırması Nutrients jurnalında dərc olunub.

Mütəxəssislər 1997-ci ildən 2021-ci ilə qədər sarımsaq və digər bitki qidalarının kardiometabolik sağlamlığa təsirini araşdıran çoxsaylı elmi məqalələri nəzərdən keçirib. Tədqiqatda müxtəlif ölkələrdən 1567 könüllü, o cümlədən 2-ci tip diabet və koroner ürək xəstəliyi kimi xroniki xəstəlikləri olanlar iştirak edib.

Təhlil göstərib ki, sarımsaq qanda şəkər və xolesterin səviyyəsini azalda bilər. Müəlliflər bunun sarımsağın tərkibində qan dövranını yaxşılaşdıran, antimikrobiyal xüsusiyyətlərə malik olan və qaraciyərdə piylərin yığılmasının qarşısını alan aktiv komponent olan allisinlə bağlı ola biləcəyini irəli sürüblər.