Rosbiotex Universitetinin biotexnologiyası və bioüzvi sintez məhsullarının texnologiyası kafedrasının müdiri Dmitri Kulikov uzunmüddətli dondurmanın ət məhsullarının faydalı xüsusiyyətlərinə necə təsir etməsindən danışıb.

Foodinfo.az xəbər verir ki, rkspertin RİA Novosti agentliyinə müsahibəsində qeyd etdiyi kimi, dondurulmuş ətin uzun müddət saxlanması niasin, piridoksin, tiamin və riboflavin kimi vacib vitaminlərin konsentrasiyasını azaldır. Bir il saxlama müddətində bu qidaların tərkibi təxminən 20% azalır və 5-10 il saxlanılan dondurulmuş ətdə vitaminlərin konsentrasiyası təzə məhsulda olduğu kimi yarıya qədər ola bilər.

Sənaye şok dondurma texnologiyalarının istifadəsinə baxmayaraq, faydalı xüsusiyyətlərin tam qorunmasına hələ də zəmanət vermək mümkün deyil, Dmitri Kulikov əlavə edib.